Əli Əhmədov: \"Ermənistanda xalq ağılsız siyasətçilərin girovuna çevrilib\" - MÖVQE
"Əgər bu görüş baş tutsa, hansısa ümid gözləmək olar. Çünki gözləntimiz olmasa görüşə getməyin də bir mənası olmazdı". Bu sözləri YAP icra katibi, millət vəkili Əli Əhmədov Azərbaycan və Ermənisan prezidentlərinin yanvar ayında nəzərdə tutulan görüşünə münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək istədiyini hər addımında göstərir: "Azərbaycan hələ də danışıqlar prosesində iştiak edir, çünki hər fürsətdə münaqişənin dinc yolla həll edilməsi imkanlarının tükənmədiyini göstərir. Bütün bunları nəzərə alaraq, növbəti danışıqlar prosesindən gözləntimiz odur ki, Ermənistan qeyri-konstruktiv mövqeyinə son qoysun və Dağlıq Qarabağ məsələsində çoxdandır gözlənən qərar verilsin".
İcra katibi Dağlıq Qarabağ münaqişəsi haqda veriləcək qərarı gözləyənlərin yalnız azərbaycanlılar olmadığını qeyd edib: "Münaqişənin həll olunması iqtisadi böhranda məhv olub gedən ermənilər üçün də maraqlıdır. Sadəcə olaraq, Ermənistan xalqı siyasətçilərin ağılsız fəaliyyətlərinin girovuna çevriliblər. Biz düşünürük ki, Ermənistan hökuməti öz yeritdiyi siyasətin əhalini məhv etdiyini anlayacaq və qeyri-konstruktiv mövqelərindən əl çəkəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB