Türkiyənin "Eurovision" təmsilçisi məlum oldu

Türkiyənin "Eurovision" təmsilçisi məlum oldu

Uzun sürən mübahisələrdən sonra Türkiyənin TRT kanalı bu il Bakıda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsində ölkəni Can Bonomonun təmsil edəcəyinə qərar verib. SİA-nın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Bonomo "Eurovision" mahnısını özü bəstələyəcək.

Xatırladaq ki, bundan əvvə "Eurovision" da təmsil etmək üçün Kıraç, Atiye Deniz, Hande Yener, Sıla kimi Türkiyənin məşhur müğənnilərin adları çəkilmişdi. Lakin nəticədə şok qərar olaraq TRT Bonomonun adını açıqlayıb. Rəsmi şəkildə isə xəbər axşam bəyan ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə