«Eurovision-2012» hansı arenada keçiriləcək?

«Eurovision-2012» hansı arenada keçiriləcək?

"Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinə hazırlıq işləri sürətlə davam edir.

Vaxt qısalsa da, hələ də mahnı müsabiqəsinin keçiriləcəyi arena ilə bağlı dəqiq məlumat verilmir. Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, yarışmanın keçirilməsi üçün 3 yer nəzərdə tutulub. Bunlar Bayraq Meydanı adlanan ərizidə inşa olunan yeni kompleks, Tofiq Bəhrəmaov adına Respublika Stadionu və Heydər Əliyev adına İdman və Konsert Kompleksidir.

Hazırda yeni kompleks inşa olunur və Tofiq Bəhrəmaov adına Respublika Stadionunda iş gedir. Müsabiqənin yeni kompleksdə keciriləcəyi daha realdır. Stadionu isə ehtiyat variant kimi saxlanılır.

Qeyd edək ki, yeni kompleksin inşası üçün dövlət büdcəsindən 58 milyon manat, T.Bəhramov adına Stadionda bərpa və təmir işləri üçün Prezidentin Ehtiyat Fondundan 10 milyon manat vəsait ayrılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə