2011-ci ildə yol qəzalarının sayı daha çox olub

2011-ci ildə yol qəzalarının sayı daha çox olub

2010-cu illə müqayisədə 2011-ci il yol-nəqliyyat hadisələri, burada ölənlərin və xəsarət alanların sayı xeyli artıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev SİA-ya açıqlamasında bildirib ki, ötən il qəzaların sayında 150-dən yuxarı, ölüm hallarında 60-dan yuxarı, xəsarət alanların sayındsa isə 170-dək artım müşahidə edilib. K.Əliyev vurğulayıb ki, ümumilikdə, ötən il respublikada baş verən 2890 yol qəzasında 1016 nəfər ölüb, 3031 nəfər xəsarət alıb: "Respublikada baş verən yol qəzalarının 1175-i Bakı şəhərində törədilib. Həmin qəzalarda 371 nəfər ölüb, 1176 nəfər xəsarət alıb".

K.Əliyev qeyd edib ki, cari ilin ilk günləri də qəzasız ötüşməyib. Onun sözlərinə görə, bu ilin ilk günlərində 67 yol nəqliyyat qəzası baş verib və hadisələr nəticəsində 22 nəfər dünyasını dəyişib, 88 nəfər yaralanıb. Qəzaların əsas etibarı ilə rayonlarda baş verdiyini deyən K.Əliyev qeyd edib ki, Bakıda yalnız ağır və insan təlafatı nəticəsində baş verən 1 hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə