Roman Əliyev: “Fransa parlamenti tərəfindən qəbul edilən qanun layihəsi erməni lobbisinin fəaliyyətinin nəticəsidir”

Roman Əliyev: “Fransa parlamenti tərəfindən qəbul edilən qanun layihəsi erməni lobbisinin fəaliyyətinin nəticəsidir”

Fransa parlamentinin aşağı palatası tərəfindən qəbul edilən qanun layihəsi təsadüfi aksiya deyil, Fransadakı erməni lobbisinin fəaliyyətinin nəticəsidir. SİA-nın xəbərinə görə, bunu Latviyadakı "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Roman Əliyev deyib. O bildirib ki, N.Sarkozinin prezidentliyini davam etdirməsi üçün bu ermənilərin ona səs verməsi vacibdir. R.Əliyev tarixə nəzər salaraq qeyd edib ki, bu gün "Kim erməni lobbisinin fikri ilə razı deyildirsə qanun qarşısında məsuliyyət daşımalıdır" demək olduqca destruktiv mövqe, müstəsna siyasi intriqadır.

"Bu gün hətta tarixi mənbələrin açılması məsələsinin həllinin qeyri-mümkünlüyü ilə əlaqədar insanların şüuru ilə manipulyasiya edilir, tarixi sənədlər ekspertlər və tarixçilər üçün masa üzərinə qoyulmur. Bu baxımdan Türkiyənin mövqeyi açıqdır. Hər hansı tarixi həqiqəti və ya yalanı siyasi qərarlarla təsdiq etmək olmaz. Bu məsələləri tarixçilər həll etməli, bunun üçün arxivlər açılmalıdır", - deyə o əlavə edib.

R.Əliyevin sözlərinə görə, "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi bəyan edir ki, tarixi məsələlərin siyasi vasitələrlə həlli tamamilə destruktivdir, entoslarası münaqişəni və ayrıseçkiliyi qızışdırır, əməkdaşlığın möhkəmlədilməsinə mane olur, "dondurulmuş münaqişələr"in həllinə əsla kömək etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə