Belçika parlamentinin üzvləri Ağdam rayonuna səfər edib

Belçika parlamentinin üzvləri Ağdam rayonuna səfər edib

Bu gün Belçika parlamentinin üzvləri Ağdam rayonuna səfər edib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Belçika nümayəndə heyət ilə bərabər millət vəkili Qənirə Paşayeva da Ağdam rayon İcra Hakimiyyətində olub. Qonaqlar Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşüblər. Baş tutan görüşdə icra başçısı ermənilərin işğalçılıq siyasətindən danışaraq bildirib ki, ermənilər Ağdam rayonun 77 faizinin işğal edib. İşğal nəticəsində isə rayonun 180 min əhalisinin 141 mini məcburi köçkün düşüb.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində rayonun işğal olunmayan ərazilərində yeni qəsəbələr salınaraq 90 minə yaxın əhali rayonda məskunlaşıb.

Daha sonra qonaqlar Quzanlı qəsəbəsində yaşayan məcburi köçkünlərlə görüşüb.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə