Amerikalı hərbçilər 13 iranlı dənizçini xilas edib

Amerikalı hərbçilər 13 iranlı dənizçini xilas edib

Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin "John C. Stennis" aviadaşıyıcısı Somali dəniz quldurlarının əlinə keçmiş 13 iranlı dənizçini azad edib. "Reuters"in verdiyi məlumata görə, Pentaqon nümayəndəsi, kapitan Con Kirbi Ərəbistan dənizində azad edilmiş dənizçilərin artıq evlərinə yola salındığını bildirib. Onları ələ keçirmiş 15 dəniz qulduru isə həbs olunub.


Xatırladaq ki, İran hərbi rəhbərliyi bir neçə gün əvvəl məhz "John C. Stennis" aviadaşıyıcısı Fars körfəzinə buraxılmayacağını bəyan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə