Dövlət Neft Şirkətində çalışanların maaşları artırılıb

Dövlət Neft Şirkətində çalışanların maaşları artırılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə büdcədən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin tarif (vəzifə) maaşları 01 dekabr 2011-ci il tarixdən 10 faiz artırılıb. Dövlət Neft şirkətindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq ARDNŞ əməkçilərinin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 14 dekabr 2011-ci il tarixli 182 saylı əmr-qərarına əsasən, 01 yanvar 2012-ci il tarixdən ARDNŞ-də işçilərin tarif (vəzifə) maaşları 10 faiz artırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə