Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Malayziyada qeyd olunub
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycanın Malayziyadakı səfirliyində tədbir keçirilib. Səfirlikdən bildiriblər ki, bayram tədbirində Malayziyada işləyən, təhsil alan soydaşlarımız iştirak ediblər.
Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov əlamətdar günün tarixindən və əhəmiyyətindən danışaraq ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyi məsələsinə göstərdiyi xüsusi diqqəti vurğulayıb.
Diplomat dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gəlməsinin və milli maraq kəsb edən məsələlərdə birgə səy göstərmələrinin vacibliyini qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin bu istiqamətdə mühüm nəticələr verdiyini deyib.
Bayram tədbirində Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB