Zahid Oruc: “Açıq şəkildə Türkiyənin əleyhinə beynəxalq proje var”

Zahid Oruc: “Açıq şəkildə Türkiyənin əleyhinə beynəxalq proje var”

Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbul etməsi dövlətin siyasətindən xəbər verir. Bu sözləri SİA-ya Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. Onun sözlərinə görə, söhbət təkcə Türkiyənin beynəlxalq aləmdə artan roluna zərbə vurmaqdan getmir və bu təkcə erməni sevgisindən doğan bir hal deyil. Çünki kiçik bir Cubiti dövləti ilə də Türkiyənin problemi olsaydı bu məsələ ortaya çıxacaqdı.

Millət vəkili hesab edir ki, rəsmi Bakı Fransa cəmiyyətinə təsir etmək üçün bütün vasitələri işə salmalıdır: "Çünki, Sarkozinin və digər parlamentarilərin də zəif yeri xalqdır, seçici kütləsidir. 450 min türk orada böyük bir qüvvəyə çevrilib xalqa təsir etmək üçün ən tirajlı medianı hərəkətə gətirməlidirlər. Bu hərəkət Fransa rəhbərliyini səslərin itirlməsi ilə bağlı yaranacaq narahatlıqıları ortaya qoyardı. Bu mövqelərə zərbələrin dəyməsi halında Türkiyənin imkanları daha böyük olardı nəinki iqtisadi və siyasi embarqolar həyata keçirmək".

Z. Oruc deyir ki, bu son təsirli silah olmayacaq. Çünki, Fransa cəmiyyəti və dövləti bu qərarları verərəkən Türkiyə ilə hansı itkilərin yarana biləcəyini artıq hesablayıb: "Ən təhlükəlisi isə bunun sinxron olaraq zəncirvari reaksiya kimi digər dövlətlərdə təkrarlana biləcəyidir. Belə ki, açıq şəkildə Türkiyənin əleyhinə beynəxalq proje var. Nə vaxt Türkiyənin beynəlxalq arenda geopolitik rolu güclənir dərhal kartatekada onun əleyhinə olan müxtəlif tarixi məsələlər ortaya çıxarılır. Qatar artıq gedir. Bü mühüm qərarın nəticəsidir. Bu sadəcə təzyiq aləti deyil və oxşar qərarlar digər ölkələrin parlamentlərində də qəbul edilə bilər. Eyni zamanda saxta tarix proqramı olan – tarixin tanıdılması, təzminat, torpaq. Artıq mərhələnin yarısı keçib. Çünki, beynəlxalq məhkəmələrdən birazdan təzminat istəyəcəklər, daha sonra ərazi iddiası yer alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə