Xocalıda törədilənlərin əsas iştirakçısı olmuş Serj Sarkisyana qarşı sanksiyalar tətbiq edilməlidir
\"Azərbaycan tərəfindən Xocalı soyqırımı ilə bağlı məsələnin Fransa Parlamentində çıxarılması fikrinə onların münasibətinin necə olacağını indidən demək çox çətindir\". Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov SİA-ya açıqlamasında bildirib ki, əgər doğurdan da Fransanın insan haqları ilə əlaqədar narahatlıq keçirərək qondarma \"erməni soyqırımı\" ilə bağlı qəbul etdiyi qərarının hər hansı insan haqları prinsipləri ilə zərrə qədər də olsa əlaqəsi varsa, o zaman Fransa senatında Xocalı soyqırımı ilə əlaqədar da müvafiq qərar qəbul edilməlidir.
Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı haqqında qərarın qəbul edilməsi barədə Fransa senatına müraciət etməlidir: "Sonra bəlli olacaq ki, Fransa senatı Xocalı soyqırımının qəbul edilməsi ilə bağlı hansı mövqeyi tutacaq. Əgər doğurdan da onlar bu məsələ ilə bağlı ədalətli olsalar, o zaman Fransa senatında Xocalı soyqırımını törədənləri kəskin formada pisləməli, müvafiq qərar qəbul etməlidirlər və bu soyqırımın törədilməsində iştirak etmiş şəxslərə münasibətdə də qondarma soyqırımı ilə əlaqədar qəbul etdikləri qərara oxşar sənəd qəbul edilməlidir. Əgər Fransa senatında belə bir qərar qəbul edilsə, o zaman Fransa vətəndaşlarına belə bir məsuliyyət qoyulsun ki, Xocalı soyqırımını tanımayanlara qarşı, o cümlədən Xocalıda törədilənlərin əsas iştirakçısı olmuş Serj Sarkisyana da sanksiyalar tətbiq edilməlidir. Əgər onlar belə bir münasibət bəsləyərsə, o zaman Fransa Senatında azacıq da olsa ədalət hissinin mövcud olduğu barədə fikir söyləyə bilərik. Xocalıda törədilən soyqırım faktına Fransa parlamentinin münasibətinin necə olacağını indidən demək çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB