Bir neçə ölkənin prezidenti dövlət başçısı İlham Əliyevi ad günü münasibətilə təbrik edib

Bir neçə ölkənin prezidenti dövlət başçısı İlham Əliyevi ad günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev ad günü münasibətilə bir neçə prezidentdən təbrik məktubları alıb. SİA-nın verdiyi xəbərə əsasən, ad günü münasibətilə İlham Əliyevi Moldova Prezidentinin vəzifəsini icra edən Marian Lupu, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Slovakiya Prezidenti İvan Qaşparoviç, Özbəkistan Prezidenti İslam Kərimov, Çexiya Prezidenti Vatslav Klaus təbrik ediblər.


Təbriklərdə Azərbaycan Prezidentinə bundan sonra da Azərbaycan Respublikasının fasiləsiz inkişafına, ölkənin həyata keçirdiyi daxili və xarici siyasətdə prioritet məqsədlərə uğurla nail olmaq arzulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə