\"Avropa: “Mən mübarizə aparıram, mən qalib gəlirəm”\" kitabının təqdimat mərasimi keçirilib
Bu gün Avropa Xalqları Partiyasının sədri (AXP) Vilfred Martensin \"Avropa: "Mən mübarizə aparıram, mən qalib gəlirəm"\" kitabının təqdimat mərasimi keçirilib.
SİA-nın verdiyi xəbərə görə, təqdimat mərasimində çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bu kitab Avropa Xaqları Partiyasının rəsmi ideoloji mərkəzi sayılan Avropa Araşdırmalar Mərkəzinin nəşridir. Avropa İttifaqı və Avropa Parlamenti tərəfidən maliyyələşdirilib. Kitab ilk dəfə 2006-cı ildə çap olunub. Eyni zamanda kitab Türk və Azərbaycan dillərində dərc edilib. Qeyd edək ki, bu yaxınlarda kitabın rus dilində də nəşri gözlənilir.
Millət vəkili onu da xatırladıb ki, 2011-ci ilin mart ayında kitabın ingilis dilində təqdimat mərasimi keçirilib. Kitab 10 fəsildən ibarətdir.
Bahar Muradaova həmçinin qeyd edib ki, Vilfred Martensin son əlli ildə Belçikanın yetiridiyi ən məşhur siyasətçilərdən biridir. Bu mənada onun Belçikada gördüyü işlər mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə iştirak edən Milli Məclisin komitə sədri Səməd Seyidov bildirib ki, Avropanın tarixi Azərbaycan üçün çox əhəmiyyətlidir. Avropanın gücü, təsir imkanları və inkişafı oradakı dəyərlərlə bir başa bağlıdır. Biz bu dəyərlərin hansı səviyyədə inkişaf etdiyini görürük.
Qeyd edək ki, tədbirin davamında Diasporalı İş izrə Komitənin əməkdaşı Ramil Məmmədov çıxış edib.
Cabir Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB