“Nəsillərarası münasibətlərin cəmiyyətin formalaşmasında rolu”

Dekabrın 20-də R.Behbudov adına Mahnı Teatrında "Nəsillərarası münasibətlərin cəmiyyətin formalaşmasında rolu" mövzusunda konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, tədbir Səbail rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.


Tədbirin keçirilməsində məqsəd ailədə və cəmiyyətdə milli dəyərlərin gələcək nəsillərə ötürülməsinin, gənc nəslin yaşlı nəslə hörmətinin qorunub saxlanılması, gənclərdə ahıllara qarşı qayğı və diqqətin formaşalşdırılmasını təbliğ etməkdir. Tədbirdə AQUPDK-nin sədri Hicran Hüseynova, Səbail RİH-nin başçısı Asif Əsgərov, əməkdar müəllim Aliyə Təhmasib və başqaları iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə