Qazaxıstanın baş prokuroru Asxat Daulbayev Janaozen şəhərində baş verən kütləvi iğtişaşlar zamanı ən azı on nəfərin öldüyünü açıqlayıb. SİA-nın verdiyi məlumata görə, baş prokuror iğtişaşların yatırılması zamanı yaralananların olduğunu desə də, konkret rəqəm açıqlamayıb.
Janaozen hadisələrinə həsr olunan brifinqdə çıxış edən Daulbayev şəhərdə administrasiya binasının , "Ozenmunqayqaz" şirkətinin binasının və mehmanxananın yandırılması barədə xəbərləri təsdiqləyib. Prezident Nursultan Nazarbayev Janaozen hadisələrinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasına göstəriş verib.
Kütləvi iğtişaşların təşkili faktı üzrə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB