Səfir: “Türkiyə hər zaman Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyəcək”
Azərbaycan ilə Türkiyə arasında olan əlaqələr bütün sahələrdə ən yüksək səviyyədədir. SİA-nın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. O, qeyd edib ki, Vanda zəlzələ baş verən zaman yardım edən ölkələr arasında daha çox Azərbaycan Fövqəladə Hallar Nazirliyi yaxından xilasetmə əməliyyatlarında iştirak edib. Hulusi Kılıç Azərbaycan rəhbərliyinə, xüsusilə də fövqəladə hallar naziri Kəmaləddin Heydərova xüsusi təşəkkür edib: "Zəlzələ zamanı iki millət, bir dövlət olduğumuz bir daha təsdiqləndi. Kəmaləddin bəy və komandası Vanda üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi. Ona görə onlara çox minnətdarıq".
Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünün bu il qeyd olunduğunu deyən səfir qeyd edib ki, müstəqillik qazanılanda göstərilən təyziqlərə baxmayaraq Azərbaycanla ilk diplomatik əlaqələri məhz Türkiyə qurub: "Bölgədə işğal siyasəti davam edir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi böyük uğurdur və bu üzvlüyün qazanılmasında Türkiyə əlindən gələn hər bir köməkliyi göstərib".
O, həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycnın mövqeyini dəstəkləyəcək. Onun sözlərinə görə, Türkiyə Ermənistanla sərhədləri açmağa hazırdır, lakin bunun üçün məlum şərtlər mövcuddur. "Bu şərtlər yerinə yetirilməyincə münasibətlərdən söhbət gedə bilməz"-deyə,o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB