Milli Məclisin deputatı Parisdə səfərdədir

Milli Məclisin deputatı Parisdə səfərdədir

Milli Məclisin deputatı Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün Parisdə səfərdədir.

Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Avropa İnsan haqları məhkəməsinə hakimlərin seçilməsi prosedurunun təkmilləşdirilməsi, məhkəmələrdə ailə-məişət məsələlərinin həlli zamanı insan haqlarının təmin edilməsi ilə bağlı müzakirələr keçiriləcək.

Parisdəki tədbirdən sonra Elxan Süleymanov Berlinə yola düşəcək. Deputatımız burada Almaniya Bundestaqının üzvləri ilə görüşəcək, parlamentlərarası əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə söhbətlər aparacaq.

Səfər dekabrın 20-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə