Sabah Milli Məclisin növbəti iclası keçiriləcək

Sabah Milli Məclisin növbəti iclası keçiriləcək

Sabah Milli Məclisin növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikası Hökuməti ilə Kolumbiya və Monteneqro hökumətləri arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması, sərmayələrin qarşılıqlı təşviqi, iqtisadi əməkdaşlıq haqqında saziş layihələri təsdiqlənəcəkdir.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunlara, eləcə də, İsmayıllı rayonunun, Gəncə şəhərinin Kəpəz rayonunun və Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər olunacaq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi müzakirə ediləcəkdir.


Bütün xəbərlər Facebook səhifəmizdə