Millət vəkili: “Vaqif Mustafayev “Dövlət” filmi ilə yeni tarix yaratdı” - MÖVQE

Millət vəkili: “Vaqif Mustafayev “Dövlət” filmi ilə yeni tarix yaratdı” - MÖVQE

"Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı çəkilən "Dövlət" filmi möhtəşəm şəkildə hazırlanıb". Bunu SƏS TV-yə açıqlamasında millət vəkili Eldar İbrahimov bildirib.

\"Filmin yaradıcı heyətinə xüsusi təşəkkürlər bildiririk\", - deyən millət vəkili: "Filmdə ulu öndər Heydər Əliyev həyatının bütün dövrü əhatə olunub. Bütün kadrlar bir-biri ilə uzlaşır. Film tək indiki nəsil üçün deyil, eləcə də gələcək nəsil üçün yaxşı vasitə olacaq. Hazırda gənclərimiz kitaba az maraq göstərirlər. Ancaq filmlərə baxırlar. Ən azından bu kimi filmlərin vasitəsi ilə Azərbaycanın yeni tarixinin şahidi olsunlar".

Millət vəkili onu da qeyd edib ki, Vaqif Mustafayev bu filmlə yeni tarix yaratdı: "Rejissor 1994-cü ildən 2003-cü ilə qədər olan hadisələri filmdə tarixə əks etdirib. Filmdə iştirak edən insanlardan biri olmuşam. Heydər Əliyevin hakimiyyətə gəlişi və ondan sonrakı dövrlərin şahidi olmuşam. Ulu öndərin dediyi kimi, Eldar mənim yaxın silahdaşlarımdan biridir. Filmin rejissoru Vaqif Mustafayevin ekranlaşdırdığı sənədli filmi yüksək qiymətləndirmək lazımdır".

Vaqif Mustafayevə YAP-ın yaradılması ilə əlaqədar film çəkmək üçün müraciət etdiyini deyən millət vəkili: "Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində ən böyük dayaqlardan biri elə onun yaratdığı YAP olub. YAP-ın yaradılmasında xidmətləri olanların tarixə düşməsi də çox böyük əhəmiyyət kəsb edərdi", - deyə bildirib.

Qeyd edək ki, ulu öndərin vəfatının ildönümünə həsr olunan "Dövlət" adlı filmin Heydər Əliyevlə bağlı çəkilən 12 hissədən filmlər seriyasının 11-cisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə