Elman Abdullayev: \"Ermənistanın Kazan görüşü ilə bağlı Azərbaycanı ittiham etməsi əsassızdır\"
Növbəti dəfə Azərbaycanın mövqeyinin ATƏT-in Minsk qrupu həmsədrlərinin və
dünya ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşdüyünü göstərdik. Bu barədə müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vilnus görüşünün nəticələrini şərh edərkən bildirib. Onun sözlərinə görə, Azərbaycan danışıqların Minsk qrupunun formatında aparılmasının tərəfdarıdır və hesab edir ki, təkliflər məhz Minsk qrupu ölkələri adından irəli sürülməlidir.
\"Ermənistanın Rusiyanın mövqeyini və Rusiya tərəfinin təkliflərini rəhbər tutaraq, Kazan görüşü ilə bağlı Azərbaycanı ittiham etməsi əsassızdır. Çünki Rusiya həmsədr ölkələrindən yalnız biridirir\",- deyə Elman Abdullayev vurğulayıb.
E.Abdullayev həmçinin qeyd edib ki, Azərbaycan Minsk qrupunun hər 3 üzvünün təkliflərini nəzərdən keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB