Gəncədə Aşura günü qeyd edilib

Gəncədə Aşura günü qeyd edilib

Gəncə şəhərində Aşura mərasimi keçirilib. Bölgə müxbirinin SİA-ya verdiyi məlumata görə, mərasim hər il olduğu kimi bu il də İmamzadə türbəsində təşkil olunub. Aşura günü gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə yadda qalıb. Ziyarətgahı təxminən 1000-dən artıq zəvvar ziyarət edib. Ancaq bu ilki mərasim ötən illərdən fərqli olaraq o qədərdə kütləviliklə yadda qalmayıb. İnsan sayının azlığı xüsusi ilə diqqət çəkib. Mərasimə Gəncə şəhər İcra Hakimiyyəti rəsmiləri də qatılıb. Diqqət çəkən məqamlardan biri isə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahirin mərasimə qatılmaması olub. Rəsmilər sözügedən şəxsin səhhətində problemlər olduğu üçün aksiyada iştirak etmədiyini bildirib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə