Ermənilər yenidən atəşkəsi pozub

Ermənilər yenidən atəşkəsi pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 1-də saat 14.50-dən 15.00-dək və 16.15-dən 16.25-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərini, saat 17.15-dən 17.30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə