Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev noyabrın 30-da ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye (sabiq həmsədr), İqor Papov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və Fransadan olan yeni həmsədr Jak Foru qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yeni təyinat alan həmsədr müdafiə nazirinə təqdim olunandan sonra müzakirələrə başlanılıb. Görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bölüşüblər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında davam edən danışıqların mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə