Cümşüd Nuriyev: “Fransa Dağlıq Qarabağın status-kvosunun dəyişilməsini istəmir”
Fransa ATƏT-in Minsk qrupunun həmsədri Bernard Fasyeni dəyişməklə yenidən öz oynunu oynayıb. Yeni həmsədr ən azı 6 ay problemin gedişi ilə tanış olacaq ki, bu da nəticədə danışıqların uzanmasına gətirib çıxaracaq. Bunu Səs TV-yə açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə münasibət bildirən politoloq Cümşüd Nuriyev bildirib: "2012-ci ildə ATƏT həmsədrlərinin hər birinin ölkəsində seçkilərin başlanması eləcə də Azərbaycanda prezident seçkilərinin keçirilməsi danışıqların uzanmasına gətirib çıxaracaq. Azərbaycan özü çalışacaq ki, bu məsələlər sülh yolu ilə həll olunsun. Onlar hələlik Dağlıq Qarabağ status-kvosunun dəyişilməsini istəmirlər. Bu birmənalı şəkildə qərb dövlətlərinin maraqlarıdır. Burada da əsas rolu Fransa prezidenti Nikolay Sarkozi oynayır", - deyə politoloq sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB