Davudoğlu: "Suriya öz qapılarını müşahidəçilərin üzünə açmalıdır"
Suriya öz qapılarını xarici müşahidəçilərin üzünə açmalıdır. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu bəyanatla çıxış edib. "Suriya Ərəb Liqasının müşahidəçi missiyasına icazə verilməsinə dair tələbi ilə xoş məram sınağından keçirilir. Türkiyə Suriyadakı zorakılığa son qoymaq üçün Ərəb Liqası ilə əməkdaşlıq etməyə hazırdır. Suriyada qan tökülməsi məsələsində Türkiyənin səbr kasası dolur." - deyə, Əhməd Davudoğlu bildirib.
İtaliyalı həmkarı Qvilio Terzi ilə birgə mətbuat konfransında Əhməd Davudoğlu həmçinin bildirib ki, bazar günü Ərəb Liqasının xarici işlər nazirlərinin iclasında da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB