Bu gün səhər saatlarından etibarən Gəncə şəhərinə ilk qar yağıb. Bölgə müxbirinin SİA-ya verdiyi məlumata görə, erkən başlayan qar günorta saatlarında daha da güclənib. Hazırda avtomobillərin hərəkətində heç bir problem yoxdur. Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhər təsərrüfatı qışa hazırlıqla bağlı bütün lazımi tədbirləri yerinə yetirib və Gəncə qışa tam hazırdır. Qar hazırda davam edir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB