Əli Əhmədov: “Dövlət partiyaların maliyyələşməsinə dəstək verə bilər” - MÜSAHİBƏ
Partiyaların maliyyələşməsi məsələsi siyasi qurumların daim müzakirə mövzusu olub. Son günlər isə bu məsələdə yeni münasibətlər özünü göstərməkdədir. SİA-nın Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədovdan aldığı müsahibəsində də partiyaların hazırkı durumu, maliyyələşmə problemləri və onun həlli yolları araşdırılıb.
- Əli müəllim, müxalifət liderlərinin iddialarına görə, müzakirəsi nəzərdə tutulan "Siyasi partiyalar haqqında" Qanuna Venesiya Komissiyasının ciddi iradları var. Əslində, necədir?
- Yeni Azərbaycan Partiyası olaraq bu məsələyə yanaşmamız tamamilə aydındır və dəfələrlə öz mövqeyimizi mətbuat vasitəsilə Azərbaycan ictimaiyyətinə çatdırmışıq. Hesab edirik ki, "Siyasi partiyalar haqqında" Qanunun dəyişdirilməsinə ehtiyac var. Azərbaycan Avropaya inteqrasiya edən ölkə kimi hüquq-qanunvericilik bazasının hazırlanmasında da Avropa dəyərlərini və prinsiplərini əldə rəhbər tutaraq addımlar atır və bundan sonra da atacaq. Azərbaycan müstəqil bir dövlətdir. Və hər bir müstəqil dövlət öz qanunvericilik praktikasını hər şeydən əvvəl öz milli dövlətçilik maraqları çərçivəsində həyata keçirir. Venesiya Komissiyası ilə əməkdaşlıq hər şeydən əvvəl Azərbaycan üçün də faydalıdır. Amma bu fayda heç bir halda, Azərbaycanın milli maraqlarına əks ola bilməz. Venesiya Komissiyası bu və ya digər tövsiyyələrini irəli sürə bilər. Düşünürəm ki, həmin tövsiyyələrin Azərbaycan tərəfindən diqqətlə yanaşılmasını da şübhə altına almaq lazım deyil. Azərbaycan Avropanın digər qurumları ilə yanaşı Venesiya Komissiyasının da bu və ya digər qanunvericilik aktları ilə əlaqədar səsləndirdiyi tövsiyyələrə həmişə diqqətlə yanaşıb. Azərbaycan parlamentinin qəbul edəcəyi "Siyasi partiyalar haqqında" Qanun Avropanın hər hansı mücərrət bir ölkəsində deyil, Azərbaycanda həyata keçiriləcək. Təbii ki, hər şeydən əvvəl bu qanunun bütün müddəalarının mahiyyəti Azərbaycanın mövcud olan ictimai-siyasi fəallıqlarının tələbatlarına və çağırışlarına cavab verməlidir. Azərbaycan cəmiyyətində mövcud olan siyasi partiyalar fəaliyyətlərinin tənzimlənməsi kimi bir məqsədə xidmət etməlidir. Ona görə də, Azərbaycan hökumətinin "Siyasi partiyalar haqqında" Qanunu yenidən işləyib hazırlayarkən qarşısına qoyduğu məqsəd də bundan ibarətdir. Bir halda ki, sözügedən bu qanun Azərbaycanda tətbiq olunacaq, deməli, Azərbaycan reallıqları, gerçəklikləri nəzərə alınmalıdır. Hər bir qanun konkret şəraitdə tətbiq edilir. Ümumi dəyərlər və müddəalar saxlanılmaqla konkret olaraq, qanunun həyata keçirilməsi nöqteyi-nəzərindən ortaya çıxan məsələlər isə, Azərbaycanın reallıqları çərçivəsində özünün əksini tapmalıdır. Ona görə də, müxalifət partiyalarının hansısa liderlərinin guya Venesiya Komissiyasının Azərbaycan qarşısında hər hansı bir şərt və ya tələblər qoyması ilə bağlı səsləndirdikləri fikirləri prinsip etibarı ilə, qəbul etmək istəmirəm. Və hesab edirəm ki, Azərbaycan vətəndaşının dilindən bu cür milli ruhdan məhrum edilmiş fikirlərin səsləndirilməsi o qədər də yaxşı hal deyil.
- Partiyalar dövlət tərəfindən necə və hansı formada maliyyələşməlidir?
- Bu məsələ ilə bağlı fərqli bir yanaşmanı ortaya qoymaq istəyirəm. Bütövlükdə, siyasi partiyalara dövlət tərəfindən maliyyə dəstəyinin verilməsinin əleyhinə deyiləm. Lakin bunu mütləq dəqiqləşdirmək lazımdır. Siyasi partiyalar ayrı-ayrı təbəqələrin maraqlarını ifadə etmək üçün yaradılıb. Əgər bu və ya digər siyasi partiya ayrı-ayrı təbəqələrin maraqlarını müdafiə etmək iddiasını ortaya qoyursa, təbii olaraq, onların müdafiə etmək istədikləri maraqların daşıyıcıları tərəfindən dəstəklənməsi vacibdir. Bu mənada siyasi partiyaların bütövlükdə, maliyyələşmə yükünün hamısının dövlət üzərinə qoyulmasını qəbul etmək istəmirəm. Vurğulamaq istəyirəm ki, dövlət partiyaların maliyyələşməsinə dəstək verə bilər, lakin bütövlükdə, partiyaların maliyyləşməsinin yükünün hamısını dövlətin çiyinləri üzərinə qoymaq ideyasını qəbul etmək istəmirəm. Hesab edirəm ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsini müsbət qarşılamaq olar. Amma bunu bütünlükdə partiyaların dövlət tərəfindən maliyyələşməsi şəklində qavramaq düzgün deyil. Partiyalar özləri də özlərini maraqlarını ifadə etdiyi insanlar və ya təbəqələr tərəfindən maliyyə cəhətdən dəstəklənməsini həyata kecirə bilər. Bütün dünyada praktika belədir. Partiyaların meydana gəlməsi, fəaliyyət göstərməsi, siyasi mübarizə aparması yalnız bu dəyərlər üzərində qurulub. Dünyada əsas etibarilə, parlamentdə təmsil olunmaq hüququ qazanmış partiyalara dövlətin tərəfindən maliyyə dəstəyi şamil edilmiş olur. Bu partiyalar dövlət tərəfindən maliyyə cəhətdən dəstəklənirlər. Lakin Azərbaycan dövlətinin ola bilsin ki, bəzi spesifiklərinin də nəzərə alınması mümkündür. Mən bunu da inkar etmək istəmirəm. Bunula belə bunların hamısı ciddi şəkildə müzakirə olunmalıdır. Hesab edirəm ki, "Siyasi partiyalar haqqında" Qanunda əks olunacaq müdüaların ən vacib problemlərdən biri də məhz bundan ibarətdir. Bir tərəfdən dövlət ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların maliyyə cəhətdən dəstəklənməsinin müəyyən yardım etmiş olur. İkinci tərəfdən isə, siyasi partiyaların dövlətçilik maraqlarına sədaqətlə xidmət göstərməsi imkanları yaranır. Hər bir partiya öz ideyalarına, məqsədlərinə uyğun şəkildə fəaliyyət göstərməklə yanaşı, eyni zamanda, dövlətçilik maraqlarına da xidmət etməsi çox əhəmiyyətli və önəmli məsələlərdən biridi. Azərbaycanın siyasi həyatına təsir göstərmək imkanlarına ya heç zaman malik olmamış, ya da artıq bu imkanlarını tamamilə itirmiş çoxlu sayda partiyalar var. Bu partiyalar Azərbaycanın siyasi həyatında görünmək imkanlarına malik deyilər. Belə olan halda, Azərbaycanda siyasi partiyaların içərisində bir aydınlaşma prosesinin getməsinə ehtiyac var. Bu partiyalar artıq çoxdan öz fəaliyyətlərini dayandırıblar, ümumiyyətlə, yarandıqları ilk gündən heç bir fəaliyyət göstərə bilməyiblər. Həmin partiyaların Azərbaycanın siyasi partiyalarının siyahısında qalması ilə bu siyahının xoşa gəlməyən bir şəkildə böyüməsinə heç bir halda ehtiyac yoxdur. Ona görə də, siyasi həyatımızda fəaliyyət göstərə bilən, azacıq da olsa, siyasi maraqları ifadə etmək istəyən partiyaların saxlanılması şərti ilə fəaliyyəti heç zaman görünməmiş və gələcəkdə də görünmək etimalları olmayan partiyaların Azərbaycanın siyasi partiyalarının siyahısında saxlanılmasına artıq heç bir ehtiyac yoxdur. Mənə elə gəlir ki, "Siyasi partiyalar haqqında" Qanun yenilənib qəbul olunarkən bu məsələ də gündəmə gəlməli və öz həllini tapmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB