Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönümü qeyd edilib - TƏDBİR

Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönümü qeyd edilib - TƏDBİR

Bu gün Nəriman Nərimanov Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 19-cu ildönmü qeyd edilib. SİA-nın verdiyi xəbərə görə, YAP N.Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək bildirib ki, bu tarix Azərbaycanın bütün bölgələrində partiya fəallarının iştirakı ilə geniş şəkildə qeyd olunur.

Onun sözlərinə görə, YAP yarandıqdan sonra Bakıda ilk partiya təşkilatı olaraq Nərimanov rayonunda formalaşıb. "Partiyanın yaranması 1992-ci il 21 noyabr tarixinə təsadüf edir. Bu tarixdə partiyamız ilk dəfə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda təsis olunub. Eyni zamanda bu tarix Azərbaycan cəmiyyəti üçün çox önəmli bir hadisədir. Bu gün Heydər Əliyev ideyalarını davam etdirən ölkə başçısı İlham Əliyev ölkənin daha da inkişaf etməsi istiqamətində mühüm işlər həyata keçirir. YAP-ın üzvləri bundan sonra da dövlət başçısı İlaham Əliyev ətrafında sıx birləşərək ölkədə həyat keçirilən mühüm islahtlarda yaxından iştirak edəcək, Azərbaycanın daha da inkişaf etməsinə və qüdrətlənməsinə öz töhfələrini verəcək".

Tədbirin davamında çıxış edən partiya fəalları və qonaqlar 1992-ci il noyabr ayının 21-i tarixini mühüm hadisə kimi qeyd ediblər. Natiqlər toplantı iştirakçılarını gələcək fəaliyyətində prezidentin ətrafında sıx birləşərək fəaliyyət göstərməyə çağırıblar.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə