Qəzetin baş redaktoru Elçin Mirzəbəyli deyir ki, bu 10 illik fəaliyyətimiz dövründə qəzetdə bir sıra kadr dəyişikliyi olsa da, təkcə, dəyişməz qalan qəzetin daşıdığı ideyalarıdır. "Biz hər zaman öz ideyalarımıza sadiq qalmışıq. Xüsusilə də Güney Azərbaycan məsələləri gündəmimizdə birinci yerdə durur. İnsanların dəqiq və dolğun informasiya ilə təmin etməyə çalışırıq".
\"Xalq Cəbhəsi\"ndə 6 illik fəaliyyəti olan baş redaktor qəzetin tarixinə də nəzər saldı. Deyir 2001 ci ilin noyabr ayının 20 də ilk dəfə işıq üzü görən qəzet həmin gündən fasiləsiz olaraq gündəlik nəşr olunur. Bu illərdə isə qəzetdə bir sıra tanınmış qələm sahibləri calışıb. İndi onlardan əksəriyyəti bu gün tanınmış jurnalist, hətta fərdi informasiya agentliklərinin rəhbərləridir. Bu isə onlarla yanaşı \"Xalq Cəbhəsi\" qəzetinin uğuru sayılır.
Söhbətimizin bu yerində musahibim hazırda cap mediyasının inkişafının durğunluq dövrü keçdiyini bildirərək internet mediyanın daha sürətli inkişafından danışdı. Baş redaktor deyir ki, müasir dövrdə cap mediyasını qoruyub saxlamaq üçün cəmiyyətdə daha aktual olan insanları düşündürə bilən analitik mövzulara müraciət etmək vacibdir. "Bizim qəzetin oxucuları gündəlik şou-biznes xəbərlərini oxuyan adamlar deyil. Biz calışırıq ki, hər buraxılışımızda analitik yazılar verək. Indiki zamanda oxucu kütləsini qoyuyub saxlamaq çox çətin bir işdir. Biz bir qəzet olaraq bunu bacarırıq".
Yubley günü olmasına baxmayaraq redaksiya əməkdaşları həmişə olduğu kimi iş başında idi. Bir zamanlar qəzetdə baş redakor kimi calışan Cavanşir Həsənli də qəzetdə kecdiyi fəaliyyət yolunu bizimlə bölüşdü: "10 ildi ki mən burada calışıram. Bir müddət jurnalist fəaliyyətimə ara versəm də sonradan yenidən işə başladım. Elə o zaman başqa bir redaksiya axtarmaq fikirinə düşməyərək bura qayıtdım".
Jurnalistikada ilk addımlarını atan gənc jurnalistlər də \"Xalq Cəbhəsi\" qəzetinə gəldikləri günü fəxrlə xatırlayırlar. Hər halda uzun illər şərəfli bir missiyanı daşıyaraq ömür sürmək hər bir mətbu orqana qismət olmur.
Qəzetin rəhbərliyinə və yaradıcı kollektivinə öz əzmkarlıqlarını bundan sonra da davam etdirmələrini arzulauaraq onları təbrik etdirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB