Vüsal Quliyev: \"Bu məqalələrin çıxışından sonra biz adekvat addımlar atmalıyıq\" MÜSAHİBƏ (SƏS TV)
Siyasi ekspert Vüsal Quliyevin SəsTv-yə müsahibəsi
- "Amnesty İnternational" təşkilatının yaydığı hesabatda iddia olunur ki, Azərbaycanda insan haqqları tapdanır, söz azadlığı məhdudlaşdırılır. Bu qurumun reallığa əsaslanmayan təbliğatı Azərbaycanın dinamik inkişafını qısqanclıqla qarşılayan qərəzli mövqeyi ola bilərmi?
- Həm Avropa mətbuatınada həm də ABŞ-da Azərbaycan əleyhinə məqalələr, hesabatlar çıxmaqda davam edir. Azərbaycanın bu yaxınlada BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzv seçilməsini ölkəmizə olan etimadın bir nümunəsi hesab etmək olar. Amma bütün bunlara baxmayaraq Avropa və ABŞ mətbuatında mütəmadi olaraq Azərbaycan əleyhinə məqalələr çıxmaqda davam edir. Əlbəttə, bu ilk növbədə qısqanclıqdan irəli gəlir. Bu gün Azərbaycanın uğurları həm daxili siyasətin davamlı inkişaf strategiyasının qurulması, həm də xaricdə Azərbaycanın nüfuzunun artması bir çox insanlar və təşkilatlar tərəfindən qısqanclıqla qarşılanır. Bu da həmin məqalələrdə öz əksinin tapmaqdadır. Azərbaycanda gedən islahatlar və sosial yönümlü addımların atılması, Azərbaycanın inkişafı eyni zamanda onun dostlarının artmasına kömək edir. Bu gün Azərbaycanə həm beynəlxalq miqyasda olan ölkələr, həm də bizə qonşu olan ölkələr çox böyük maraqla izləyir və bir çox məsələlərdə də dəstəkləyirlər.
- Sizcə Azərbaycana bu qərəzli yanaşmaların səbəbi nədir?
- İlk növbədə onu qeyd edim ki, bu həmin hesabat verən qurumların və həmin dövlətlərin Azərbaycanın uğurlarını qısqanmasıdır. İkinci növbədə isə bu hər hansı bir subyektiv amillərlə bağlıdır. Bu dövlətlərin Azərbaycana təzyiqlərinin artırılması ilə bağlı ola bilər. Qeyd edim ki, biz Azərbaycan dövləti və xalqı olaraq bunu cavabsız qoya bilmərik. Biz də öz növbəmizdə bu məqalələrin çıxışından sonra adekvat addımlar atmalıyıq. Lakin biz bu addımları hər hansı bir hesabat çıxdıqdan sonra atmamalıyıq. Biz Azərbaycanda görülən işləri daim yer kürəsinin fərqli mətbuatlarında öz məqalələ və çıxışlarımızla qeyd etməliyik ki, dünya dövlətləri də Azərbaycanda gedən inkişaf prosesini görsün və xəbərdar olsun.
- Hesabatda Azərbaycanda söz və toplaşma azadlığının sərt şəkildə məhdudlaşdırıldığı, insan haqqlarının kobud şəkildə pozulduğu vurğulanır. Sizin bu məsələdə mövqeyiniz nədir?
- Azərbaycanın ali qanunu Konstitusiyamızda insan hüquq və azadlıqlarına kifayət qədər yer ayrılıb. Azərbaycan Konstitusiyasının 158 maddəsindən 49-u insan hüquq və azadlıqlarına həsr olunub. Bundan başqa maddələrdə də insan hüquq və azadlıqları müdafiəsi mexanizmləri konkret olaraq göstərilib. Konsitutsiyanın 31-dən çox maddəsində demək olar ki, insan hüquq və azadlıqlarının müdafiə olunması öz əksini tapıb. Bu gün məhkəmələrin təkmilləşdirilməsi sahəsinə çox önəm verilir. Həmçinin inzibati məhkəmələr də yaradılıb ki, burda dövlət məmurunun hər hansı bir sui-istifadəsinin qarşısı alınsın və vətəndaşların hüquqlarının qorunması mexanizmləri olsun. Demək olar ki, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmi bizdə çox yüksək səviyyədə təşkil olunub və olunmaqda da davam etdirilir. Mətbuatın Azərbaycan mediasının fəaliyyətinə gəlincə isə kifayət qədər media nümayəndəsi olan Azərbaycan mediası bu gün azaddır. Onların hər biri Azərbaycanda baş verən prosesləri və 20 il ərzində əldə etdiyimiz uğurlar barəsində qeydlər aparır. Təbii ki, media nümayəndələri balansı qorumaqla bir sıra problemləri də qeyd edirlər. Onu da qeyd edim ki, bizim ölkədə siyasi məhbusun olmaması təqdirəlayiq hal sayılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB