Azərbaycan Prezidenti Belarus parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonu qəbul edib.
Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ölkələrimizin etibarlı və səmimi dostluq münasibətlərindən məmnunluğunu bildirib. Azərbaycana səfəri zamanı paytaxtımızda həyata keçirilən genişmiqyaslı tikinti və quruculuq işlərinin şahidi olduğunu deyən qonaq ölkəmizin əldə etdiyi uğurların onda böyük təəssürat yaratdığını deyib.
Ölkələrimizin siyasi sahədə uğurlu əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib. Prezident İlham Əliyev Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun Azərbaycana səfərinin parlamentlərarası əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB