Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbə sakini Vidadi Məlikovdan 1 ədəd \"Makarov\" markalı pnevmatik tapança tapılıb. Sumqayıt ŞPİ-dən SİA-ya verilən məlumata görə, polis əməkdaşları Məlilovun mənzilinə baxış keçirdikləri zaman onun həyətyanı sahəsində torpağa basdırdığı 1 ədəd \"Naqan\" markalı tapançanı da aşkar edərək götürüblər. Qeyd edək ki, Vidadi Məlikov əvvəllər məhkumluq həyatı yaşayıb. Faktla bağlı istintaq gedir. Əldə edilən silahların hansısa cinayətdə istifadə edilməsi ilə bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB