Yağışlı hava taxılçıların işinə mane olur

Yağışlı hava taxılçıların işinə mane olur

Son vaxtlar havaların yağışlı keçməsi Qarabağ bölgəsində taxıl səpinini gecikdirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, məhsulu əkə bilməyən fermerlər günəşli hava şəraitini gözləyirlər. Yağış isə taxılçıların işinə mane olmaqla yanaşı, kəndlilərin məhsul əkməsinə də imkan vermir. Taxıl səpini Bərdə, Ağdam və Tərtər rayonlarında xeyli ləngiyib. Son vaxtlar havaların qeyri-sabit keçməsi zəmilərin boş qalmasına səbəb olub.

Fermerlərin sözlərinə görə, havaların belə kəskin dəyişməsi bir tərəfdən işləri ləngitsə də digər tərəfdən yağan yağışlar suvarmaya xeyli kömək edib. Məhsulun əkin vaxtının gecikməsinə baxmayaraq heç bir ziyanı yoxdu.

Yağışlı hava şəraiti taxıla qənim kəsilən gəmiricilərdən və ziyanverici həşəratlardan sahələri demək olar ki təmizləyib.

Fermerlər taxıl səpininin gecikməsinə baxmayaraq bu il bolluca məhsul gözləyirlər.

Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə