İsrailin milli infrastruktur naziri Uzi Landau Azərbaycanda səfərdədir
İsrailin milli infrastruktur naziri Uzi Landau Azərbaycana səfər edib. SİA-nın xəbərinə görə, U.Landau bu gün səhər saatlarında Bakıdakı "Xabad Or-Avner" təhsil mərkəzinə baş çəkib. Nazir mərkəzin müəllim-şagird heyəti ilə söhbət edib, tədris prosesini müşahidə edib. İsrail hökumətinin üzvü habelə təhsil mərkəzinin fəaliyyəti üçün yarıdılan şəraitlə tanış olub.
İsrailin milli infrastruktur nazirinin bu gün prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Uzi Landanun həmçinin Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və digər rəsmilərlə görüşləri nəzərdə tutulub. Görüşlərdə iki tərəf üçün maraq doğuran məsələlər müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB