Qulu Məhərrəmli: “Dünyanın qəbul etdiyi infomasiya standartları ilə məkana daxil olsaq, səsimiz eşidiləcək”

Qulu Məhərrəmli: “Dünyanın qəbul etdiyi infomasiya standartları ilə məkana daxil olsaq, səsimiz eşidiləcək”

Bütün dünyada medianın vətəndaş cəmiyyətinin formalaşmasında, regional proseslərə təsirində önəmi çox əhəmiyyətlidir. Bunu SİA-ya açıqlamasında telejurnalist Qulu Məhərrəmli deyib. O bildirib ki, türkdilli ölkələrin ortaqm media qurumunun yaradılması türk dövlətlərində vətəndaş cəmiyyətinin qurulmasında rolu olacaq, bütün hallarda medianın əhəmiyyətini bütün dünya, vətəndaş cəmiyyəti üçün önəmini qabardacaq: "Bununla yanaşı, türk dövlətləri və toplumları arasında informasiya mübadiləsinin, mətbuat azadlığının həqiqi informasiya məkanın yayılmasını xeyli genişləndirəcək. İndi bütün dünya mediasında virtual aləm getdikcə genişlənir, sosial şəbəkələr artır, artıq dünya vahid informasiya məkanına daxil olur. Amma bu məkanda fərqli maraqlar, müxtəlifliklər, dünya ictimai rəyinə təsir edə biləcək tendensiyaların inkişafı var. O zamanda tük toplumları və türkdilli dövlətlərn mediaları müəyyən bir konsersium və ya assosativ formada təmsil oluna bilər".

Q. Məhərrəmli qeyd eidb ki, bu gün müasir dünyada türk texnoloji ifadəsi ifadə edən informasiya yayılır. Onun sözlərinə görə, söhbət, müasir dünyanın texnolojisinə cavab verən, danışqdığı dilə uyğun olan informasiya məkanına daxil olmaqdan gedir.

"Əgər fərdi, kooperativ maraqları ifadə edə bilsək, dünya bunu qəbul etməyəək. Amma biz dünyanın qəbul etdiyi infomasiya standartları ilə bu məkana daxil oluruqsa, bizim səsimzi eşidiləcək. Hesab edirəm ki, hələlik ona çox var. Amma bunun üçün müəyyən bir yol keçilməldir. Bu yolun səmərəli və effektli olmssı üçün belə toplantılara çox böyük ehtiyac var", - deyə o əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə