Prezident Administrasiyasının rəsmisi: \"Rəsmi Bakı Venesiya Komissiyasının təklifini qəbul etməyib\" - AÇIQLAMA
"Avropa Şurası Venessiya Komissiyası təklif edib ki, xarici vətəndaşlar Azərbaycanda partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olsunlar. Lakin Azərbaycan tərəfi bu təkliflərlə razılaşmayıb". SİA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Venesiya Komissiyası (VK) ilə Azərbaycan hökuməti arasında "Siyasi partiyalar haqqında" qanun layihəsinə dair aparılan müzakirələrdən danışarkən deyib. Onun sözlərinə görə, Avropa Birliyi ölkələrində siyasi inteqrasiya tendensiyası mövcud olduğuna görə, Avropa ölkələrində xarici vətəndaşlar siyasi partiyaların üzvü ola, yaxud xarici dövlətə mənsub strukturlar siyasi partiyaları maliyyələşdirə bilər: "Lakin bu Avropa Birliyinə aid tendensiyadır və biz belə hesab edirik ki, bu tendensiyanın Azərbaycanda tətbiqi mümkün deyil".
Şöbə müdiri "Siyasi partiyalar haqqında" qanun layihəsinin müvafiq standartlara uyğunlaşdırılandan sonra parlamentin müzakirəsinə çıxarılacağını bildirib: "Layihə millət vəkillərinin də irad və tövsiyələri nəzərə alınmaqla, rəy üçün yenidən Venesiya Komissiyasına göndəriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB