Murat Karakaya: “Türkiyə dövləti, Türkiyə xalqı və mediası olaraq Qarabağ məsələsində həmişə Azərbaycanın yanındayıq”
"Düşünürük ki, Azərbaycan BMT-nin qeyri-daimi Təhlükəsizlik Şurasında təkcə özünü deyil, Türkiyə və digər türkdilli dövlətləri də təmsil edəcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya İdarəsinin müdiri Murat Karakaya deyib.
M. Karakaya Türkiyənin bir sıra KİV-inin Azərbaycanın işğal olunmuş ərazilərində tez-tez atəşkəsin pozulması ilə bağlı xəbərlərin Azərbaycan mətbuatına deyil, erməni mətbuatına istinad etməsinə də münasibət açıqlayıb. O bildirib ki, buna yalnız bəzi Türkiyə KİV-ində rast gəlmək olar: "Amma Türkiyə dövləti, Türkiyə xalqı və mediası olaraq Qarabağ məsələsində həmişə Azərbaycanın yanındayıq. Bunu bizim ölkə rəhbərlərimiz də həmişə deyib. Bu cür tək-tük halları medianın azadlığına, demokratiyasına bağışlayırıq".
Türkiyə Mətbuat və İnformasiya İdarəsinin rəhbəri həmçinin Vanda baş vermiş zəlzələdən sonra Türkiyəyə köməyə görə, Azərbaycana təşəkkür edib. O bildirib ki, yardımın ilk olaraq Azərbaycandan gəlməsi Türkiyə xalqını çox sevindirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB