Bakı-London sərnişin təyyarəsi qəza enişi edib

Bakı-London sərnişin təyyarəsi qəza enişi edib

Bu gün saat 12:08-da Böyük Britaniyanın "British Midland International" (BMI) aviaşirkətinin Bakı-London marşrutu ilə aviareys yerinə yetirən təyyarəsi texniki problemlər səbəbindən saat 13:50-də yenidən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb. SİA-nın xəbərinə görə, "British Airways" şirkətinə məxsus Bakı-London marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib.

Proses normal başa çatıb və təyyarə hava limanına enərkən heç bir problem yaşanmayıb. Xəsarət alan yoxdur.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları hazırlıq vəziyyətinə gətirilib.Təyyarənin yenidən aeroporta qayıtmasına avialaynerin mühərrikinin birində yaranan problem səbəb olub. Hazırda bu aviareysin sərnişinləri təyyarədən düşürdülərək hava limanındadır. Sözügedən aviareysin bu gün yerinə yetirilib və ya yetirilməyəcəyi təxminən saat 15:00-da müəyyənləşəcək. Lakin bu gün bu aviareysin həyata keçirilməsi ehtimalı azdır. Çox güman ki, reys sabah həyata keçiriləcək. Bakıdan kənarda yaşayan sərnişinlər hotellərdə yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə