Qriqol Vaşadze Azərbaycana səfər edəcək

Qriqol Vaşadze Azərbaycana səfər edəcək

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər zamanı Qriqol Vaşadzenin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, eyni zamanda, Baş nazir Artur Rasi-zadə, xarici işlər naziri Elmar Məmmədyarov və nəqliyyat naziri Ziya Məmmədovla görüşləri nəzərdə tutulur.


Bütün xəbərlər Facebook səhifəmizdə