Həmsədrlərinin regiona səfəri başlayıb

Həmsədrlərinin regiona səfəri başlayıb
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bratke, İqor Popov, Bernar Fasye və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona səfəri başlayıb. Vasitəçilər İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, bu haqda məlumatı Ermənistan XİN yayıb. Görüşdə erməni nazir sülh təmaslarında Azərbaycan tərəfinin mövqe və yanaşmasını tənqid edib. Həmsədlərin bu gün Ermənistan dövlət başçısı ilə görüşəcəyi, daha sonra isə Dağlıq Qarabağa yola düşəcəkləri gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə