ATƏT-in Bakı ofisinin rəhbəri Naxçıvanda Vasif Talıbovla görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ilə görüşüb. SİA-nın məlumatına görə, Ali Məclisin sədri onu ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Əli Bilge Cankorelin Azərbaycandakı fəaliyyəti dövründə Muxtar Respublikasının müvafiq qurumları arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən V.Talıbov deyib ki, ötən müddətdə müxtəlif sahələr üzrə həyata keçirilən birgə layihələr qarşılıqlı faydalı əməkdaşlığın gələcək perspektivləri baxımından əhəmiyyətli olub.
Bildirilib ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazanılan nailiyyətlər, insan hüquq və azadlıqlarının etibarlı təmin olunması Azərbaycanı dünya miqyasında tanıdan əsas xüsusiyyətlərdən biridir. Bu gün ölkəmizdə iqtisadi, siyasi və demokratik inkişaf paralel gedir. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə uğurlu addımlar atılıb, mühüm layihələr həyata keçirilib, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB