Beynəlxalq Memarlar Günü 1949-cu il oktyabrın 4-də İsveçrənin Lozanna şəhərində təsis edilib. Həmin gündən etibarən bütün dünyada memarlar öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. SİA-nın məlumatına görə, əsrlər boyu milli memarlıq abidələri yaradılan Azərbaycanda da bu əlamətdar gün hər il qeyd olunur. Naxçıvan, Təbriz-Sultaniyyə, Şirvan-Abşeron, Şəki-Zaqatala, Bərdə-Qarabağ və digər memarlıq məktəblərinin məhsulu olan gözəl memarlıq və şəhərsalma əsərləri bunun bariz göstəricisidir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycan Memarlar İttifaqı ölkənin şəhər və kəndlərinin abadlaşdırılmasında, memarlıq görkəminin formalaşmasında aparıcı rol oynayıb, yaradıcılıq proseslərini istiqamətləndirib. Müstəqillik illərində onlarla memarımız beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb, fəxri adlarla, orden və medallarla təltif ediliblər. Ölkədə həyata keçirilən layihələrdə memarlarımızın uğurlu iştirakı isə Azərbaycan memarlarının istedadının əyani təzahürüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB