Bu gün Səbail Rayon Məhkəməsindəİctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.SİA-nın məlumatına görə,prosesdə Məhəmməd Məcidli son döz deyib. M. Məcidli özünü təqsirli bilmədiyini, ittihamla razılaşmadığını deyib, məhkəmədən bəraət istəyib.
Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub.
Hökm elan olunandan sonra zalda olan müxalifət tərəfdarları Azərbaycanın Dövlət Himninin oxuyub, şüarlar səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB