\"Şərq tərəfdaşlığı\" ölkələrinin sammiti başlayır

\"Şərq tərəfdaşlığı\" ölkələrinin sammiti başlayır

Bu gün Poşanın paytaxtı Varşavada "Şərq tərəfdaşlığı" proqramı ölkələrinin iki günlük sammiti başlayır. Belarus istisna olmaqla, proqramda iştirak edən ölkələrin dövlət başçıları avropalı həmkarları ilə birlikdə Avropa Birliyinə yaxınlaşma üzrə yeni proqramları müzakirə edəcəklər. Sammit iştirakçılarının "Şərq tərəfdaşlığı" proqramı ölkələrinin birləşmiş Avropa ilə yaxınlaşması üçün Polşa və İsveçin təşəbbüsü ilə hazırlanmış proqrama dəstək verəcəkləri gözlənilir. Bu, 2009-cu ildə proqram təsis edildikdən sonra ikinci yüksək səviyyəli görüşdür."Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrdən 5-i sammitdə ən yüksək səviyyədə təmsil olunacaq. Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna prezidentləri və Moldovanın baş naziri zirvə toplantısında iştirak edəcəklər. Qeyd edək ki, "Şərq tərəfdaşlığı" proqramı Avropa Birliyinin Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusla yaxınlaşmasına yönəlib, lakin bu ölkələrin Birliyi qəbulunu nəzərdə tutmur. Proqram qarşılıqlı siyasi yardım səviyyəsinin artırılması, keçmiş sovet respublikalarının Avropa Birliyi iqtisadiyyatına geniş inteqrasiyası, maliyyə yardımlarının həcminin artırılması, enerji təhlükəsizliyinin gücləndirilməsinə istiqamətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə