\"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hərb yolundan istifadədən heç kəs danışmır və münaqişənin hərbi yolla nizamlanması mümkün deyil.\" SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-nın Azərbaycandakı səfiri Metyu Brayza Serqey Lavrovun çıxışı zamanı verdiyi bəyanatına münasibət bildirərkən qeyd edib: "Mən Serqey Lavrovun bəyanatını eşitməmişəm. Məhz buna görə də bu bəyanatı xarakterizə edə bilmərəm. Lakin mən indi daha çox münaqişənin sülh yolu ilə həlli barədə bəyanatları eşidirəm. Hesab edirəm ki, bu müsbət inkişafdır. Azərbaycanda səfir olduğum müddətdə rəsmilərlə görüşüm zamanı belə qənaətə gəlmişəm ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə daha ciddi yanaşır. Əsas tapşırıq indi baza prinsiplərinin yekunlaşmasıdır ki, bu da öz-özlüyündə mümkünsüz deyil".
Səfir eyni zamanda vurğulayıb ki, o bu gün Azərbaycan Respublikasının baş naziri Artur Rəsizadə ilə görüşüb. Qeyd edək ki, bu görüşdə bir sıra məsələlər həll olunub.
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB