Azərbaycan Milli Ordusunun əsgəri dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında Milli Ordunun Beyləqan rayonunda yerləşən \"N\" saylı hərbi hissəsində qeydə alınıb.
2011-ci ilin aprel ayında Oğuz rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Rəsul İslam oğlu Yusifov təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəşdən həlak olub. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB