BMT Təhlükəsizlik Şurası Liviyaya qarşı sanksiyaları yumşaldıb

BMT Təhlükəsizlik Şurası Liviyaya qarşı sanksiyaları yumşaldıb

BMT Təhlükəsizlik Şurası Liviyaya qarşı sanksiyaları yumşaldıb. Şura bununla əlaqədar hətta Tripoliyə BMT missiyasının göndərilməsi barədə qərar da qəbul edib. Belə ki, yaradılmış həmin missiya ölkənin silahlı münaqişədən sonrakı bərpasına yardımçı olmalıdır. Qətnaməyə əsasən Liviyanın iki iri neft şirkətinin aktivlərinin dondurulması ləğv ediləcək, Liviya Mərkəzi bankı və bəzi böyük maliyyə şirkətlərinə qarşı sanksiyalar da yüngülləşdirilir. İstisna hal kimi isə Liviya üzərindən uçuşlara qoyulmuş qadağa qüvvəsində saxlanılıb. Xatrıladaq ki, BMT Baş Assambleyası ötən gün Liviyanın qurumdakı yerlərinin Milli Keçid Şurasına verilməsi barədə qərar qəbul edib. Bununla da Assambleya qiyamçıların qurduğu şuranı Liviyanın rəsmi rəhbərliyi kimi qəbul etmiş olub. Liviyanın keçid hökumətinin tərkibinin dəyişdirilməsinə gəlincə bunun sentyabrın 18-də məlum olacağı bildirilib. Fəaliyyətə başalayacaq yeni icraedici orqan, ölkənin bütün siyasi qruplarını və bölgələrini təmsil edən 30 üzvdən ibarət olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə