Azərbaycan XİN-lə Almaniyanın GİZ təşkilatı arasında memorandum imzalanıb
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Almaniyanın GİZ təşkilatı arasında XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) imkanlarının artırılmasına texniki yardımın göstərilməsi haqda Anlaşma Memorandumu" imzalayıb. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə əsasən sənədi Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfov və Almaniyanın GİZ təşkilatının Azərbaycan üzrə direktoru Henninq Tvesten imzalayıblar.
Anlaşma Memorandumuna əsasən Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi və GİZ təşkilatı Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinə (Agentlik) xarici ölkələrə göstəriləcək humanitar və texniki yardımların səmərəliliyinin artırılması sahəsində texniki yardım göstərəcək və bu sahədə öz təcrübəsini bölüşəcək.
Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik) Azərbaycan dövləti tərəfindən xarici ölkələrə göstərilən humanitar və texniki yardımların həyata keçirilməsi və əlaqələndirilməsi ilə məşğuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB