Aydın Quliyev: “Bu yaxınlarda Əli Həsənovun mətbuatla bağlı səsləndirdiyi fikirlərdən nəticə çıxarılmalıdır” - MÖVQE
"Bu yaxınlarda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mətbuatla bağlı səsləndirdiyi fikirlərdən nəticə çıxarılmalıdır. Bunlar haqlı tənqiddir". Bu barədə SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib. O bildirib ki, mətbuatın ictimai məzmunun, informasiyanın daşıyıcısı olmalıdır. Onun sözlərinə görə, mətbuat cəmiyyətdə ən geniş mənada hamının, bir qədər dar mənada isə müəyyən sosial, ictimai qrupların bir başa praktik maraqları daxilində olan məsələləri, problemləri birinci növbədə qabartmalıdır. A.Quliyev vurğulayıb ki, belə olan halda qəzetlər, mətbuat orqanları ictimai informasiyanı daşımaq və onu cəmiyyətə çatdırmaq funksiyasını yerinə yetirə bilir.
"Amma təəssüf ki, bəzi hallarda elə qəzetlər var ki, məqalələrinin hamısı hansısa bir insanla bağlıdır. Əgər 6 səhifəlik bir qəzetdə 70-80 informasiya yerləşdirmək mümkündürsə, bu informasiyaların hamısı konkret olaraq ayrı-ayrı şəxslərin ailə həyatı, məişəti, biznesi və s. ilə bağlı olur. Belə olanda təbii ki, mətbuat orqanları ictimai informasiya daşımaq funksiyası məzmununu itirir. Cəmiyyətdə də qəribə bir xüsusiyyət var. Belə ki, bu cür qəzetlərə müəyyən qədər aludəçilik var. Amma belə qəzetlərin oxucularının sayının çox olması Azərbaycan dövlətinin mütərəqqi inkişafı baxımından ictimai rəy yaradan funksiyaya malik deyil. İctimai rəy yaradan funksiya deyiləndə isə ölkənin, dövlətin qarşısınmda duran problemlərlə bağlı cəmiyyətə nə dərəcədə rəy yarada bilmək başa düşülməlidir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB