AŞPA-nın gündəliyi məlum oldu

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın 3-7-də Strasburqda keçiriləcək payız sessiyasının gündəliyi bəlli olub. SİA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, sessiyanın ilk günü assambleyanın Bürosunda və Daimi Komitəsində Türkiyədə keçirilmiş parlament seçkiləri müzakirə ediləcək.

Oktyabrın 6-da Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın çıxışı olacaq. Oktyabrın 7-də Ermənistandakı demokratik institutların fəaliyyəti müzakirə olunacaq.

Bütövlükdə sessiyada Avropa Şurasının ərəb ölkələrində yaranmağa başlayan demokratiyalarla əməkdaşlığı, insan haqları və terrorçuluğa qarşı mübarizə, internetdə və onlayn KİV-də özəl informasiyaların qorunması, miqrasiya məsələləri, xüsusən uşaq miqrantların məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, sessiyanın gündəmində Azərbaycanla bağlı məsələ yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə